Azərbaycan millisinin Belçika və Polşa ilə oyunlar üçün heyəti

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb. SİA xəbər verir ki, iştirak ərizəsində 12 basketbolçunun adı yer alıb.

Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova yığmaya kömək etməyə çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə Bakıda Polşa ilə qarşılaşacaq.

Avropa çempionatının final mərhələsi iyunda reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə