Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda qalib gəlib

Futbol üzrə Türkiyə Superliqasında 22-ci turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, günün əsas qarşılaşmasında "Fənərbaxça" doğma meydanda "Rizespor"la üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl keçirilən matçlarda "Adana Demirspor" "Kasımpaşa"ya 3:5, "Göztəpə" "Alanyaspor"a 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə