Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşılarını açıqlayıb - FOTOLAR

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2024-cü il üçün ən yaxşı idmançıların reytinq siyahısını açıqlanıb. AGF-dən SİA-ya verilən məlumata görə, birinci yerə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb.

Ağasif Rəhimov və Raziyə Seyidli (akrobatika gimnastikası) ikinci, Nikita Simonov (kişi idman gimnastikası) üçüncü, Şəms Ağahüseynova, Fidan Qurbanlı, İlahə Bahadirova, Gövhər İbrahimova (bədii gimnastika) dördüncü, Daniel Abbasov və Murad Rəfiyev (akrobatika gimnastikası) beşinci, Selcan Mahsudova (batut gimnastikası) altıncı, Mədinə Mustafayeva ilə Vladimir Dolmatov (aerobika gimnastikası) yeddinci, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu (akrobatika gimnastikası) səkkizinci, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov (tamblinq) doqquzuncu, Nazənin Teymurova (qadın idman gimnastikası) isə onuncu sırada yer alıb.

Siyahı idmançıların 2024-cü il üzrə göstərdikləri nəticələrə əsasən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə