"Neftçi"dən ayrılan futbolçu sabiq klubuna qayıdıb

"Neftçi"dən ayrılan Mark Tamaşın yeni klubu müəyyənləşib. SİA "Golazo.ro" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Rumıniya təmsilçisi "Sepsi"yə keçib.

Macarıstanlı müdafiəçi komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qoşulub.

Qeyd edək ki, "Neftçi" yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. 2023-cü ilin iyulundan "ağ-qaralar"da çıxış edən müdafiəçi 2022/2023 mövsümündə də "Sepsi"nin uğurları üçün çalışıb. O, Bakı klubuna məhz bu komandadan keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə