On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev ilə yollar ayrıla bilər. SİA xəbər verir ki, bu barədə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O, təcrübəli mütəxəssislə bununla bağlı danışıqlar apardığını bildirib: “Texniki idman şöbəsi ilə U-19-un məşqçilər korpusu arasında müqavilənin uzadılmaması barədə ilkin danışıqlar olub. Mən də öz hesabatımı ötən gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirdim. Lakin son qərarı İK üzvləri verəcəklər. Elxan Abdullayevin yığmadakı müqaviləsinin müddəti gələn il yanvarın 1-də başa çatacaq”.
54 yaşlı çalışdırıcı 2021-ci ildən U-19 yığmasına rəhbərlik edir.
Qeyd edək ki, daha əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyevlə də müqavilənin uzadılmayacağı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə