“Real Madrid” İspaniyada daşqınlardan zərər çəkənlərə kömək üçün bir milyon avro bağışlayıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Real Madrid” Fondu və Qırmızı Xaç qurbanlara dəstək üçün vəsait toplama kampaniyasına başlayıb.
“Real” kritik vəziyyətdə olan, dəstəyimizə və həmrəyliyimizə ehtiyacı olan bir çox ailəyə kömək etmək üçün bir milyon avro ianə edərək bu kampaniyanı dəstəkləməyə qərar verib”, - deyə klubun açıqlamasında bildirilir.
Xatırladaq ki, İspaniyada bir neçə gündür güclü yağış daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 158 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə