"Sabah" klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Bazel” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq "Sabah" klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfər matçında azarkeşləri tribunalardan dəstək verməyə çağırıb.

Matçı stadiondan izləmək istəyən tərəfdarların qeydiyyatdan keçməsi xahiş olunub. Həmin azarkeşlər qarşılaşmanı izləmək üçün biletlə təmin ediləcəklər.

Qeyd edək ki, "Bazel" və "Sabah"ın U-19 komandalarının görüşü oktyabırın 23-də, “St. Yakop-Park” stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə