Azərbaycanın U-23 millisi yarımfinalda məğlub olub

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında məğlub olub. SİA xəbər verir ki, yığma Çexiyaya 1:4 hesabı ilə uduzub.

Komanda bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Slovakiya - Serbiya cütünün məğlubu olacaq.

Azərbaycan millisi daha əvvəl qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya uduzub - 1:5.

Bütün xəbərlər Facebook səhifəmizdə