“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”da çıxış edən yığma üzvü Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, 3 gün sonra isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə