Dünyanın ən yaxşı hücumçuları: “10-luq”

"FourFourTwo” nəşri dünyanın ən yaxşı hücumçularının reytinqini dərc edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, siyahıya “Mançester Siti”nin futbolçusu Erlinq Haland başçılıq edir.

Onu müvafiq olaraq Kilian Mbappe (“Real”) və Harri Keyn (“Bavariya”) izləyir.

İlk “10-luq”dakı digər forvardlar bunlardı: Lautaro Martines (“İnter”), Viktor Osimxen (“Qalatasaray”), Aleksandr İsak (“Nyukasl”), Viktor Qyokeres (“Sportinq”), Olli Uotkins (“Aston Villa”), Kay Haverts (“Arsenal”), Julian Alvares (“Atletiko”).

Bütün xəbərlər Facebook səhifəmizdə