"Nürnberq" "Hannover"lə üz-üzə gələcək

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"lə üz-üzə gələcək. SİA-nın məlumatına görə, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edəcək.

Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 13-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə on xalla 6-cı sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə