Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək

Polşalı şahmatçı Yan Kşiştof Duda (2732) Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Şahmatçı səhhətiylə əlaqədar yarışa qatıla bilməyəcək. Hazırkı vəziyyətdə sağlamlığı ona bu imkanı vermir.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə