Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cəsur Mehdiyev (80 kiloqram) alış yarışında bürünc medal qazanıb.

Bu gün Azərbaycanın digər təmsilçisi Şəhanə Alməmmədova (75 kiloqram) alış yarışında bürünc medal qazanıb.

Daha əvvəl alış yarışlarında Eyvaz Baxşıyev (65 kiloqram) gümüş, qazaq güləşində isə Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə