Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir - FOTO/VİDEO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 7-ci turunun oyunları keçirilib. SİA xəbər verir ki, sentyabrın 3-də saat 16:00-da “Sərhədçi” və “Elit”çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Sərhədçi” komandasının 4-1 hesablı qələbəsi, saat 17:00-da “Polat” və “Omar”komandaları arasında keçirilən günün ikinci oyunu “Polad” komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti oyunları sentyabrın 4-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma“Zəfər” komandasının “Şirvan” komandası üzərində 5-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Köhlən” komandasının “Ağstafa Dilbaz” komandası üzərində 4-3 hesablı qələbəsi ilə başa çatıb.

Günün və turun son oyunu saat 18:00-da“Embawood” və “Qarabağ” komandaları arasında keçirilib. Mübarizədə “Embawood” komandası “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbə əldə edib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 8-ci turun oyunları 10-11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə