Azərbaycanın paraüzgüçüsü finala vəsiqə qazanıb

Azərbaycanın paraüzgüçüsü finala vəsiqə qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Salei Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib. SİA xəbər verir ki, idmançımız S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.

Final bu axşam Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə