“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı

“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı

"Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq. SİA xəbər verir ki, müdafiəçi 7 sentyabr tarixində UEFA Millətlər Liqasında Malta, 10 sentyabr tarixində isə yoxlama görüşündə San-Marino ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.

Qeyd edək ki, Denis Marandiçi 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə