Çempionlar Liqasının püşkü atıldı

Çempionlar Liqasının püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Monakoda təşkil edillib. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

İlk dəfə yeni formatla keçiriləcək turnirdə 36 komanda mübarizə aparacaq. Hər komanda üçün 8 rəqib müəyyənləşib. Püşkatma öncəsi klublar hərəsində 9 komanda olmaqla 4 səbətə bölünüblər.

Klublar hər səbətdən, həmçinin özünün də olduğu “9-luq”dan ikisi ilə qarşılaşacaq. Hər komanda 8 rəqibindən 4-ü ilə evdə, 4-ü ilə səfərdə üz-üzə gələcək.

1-ci səbət: "Real" (Madrid), "Mançester Siti", "Bayer" (Münhen), PSJ, "Liverpul", "Borussiya" (Dortmund), "Leypziq", "Barselona"

2-ci səbət: "Bater" (Leverkuzen), "Atletiko" (Madrid), "Atalanta", "Yuventus", "Benfika", "Arsenal", "Brügge", "Şaxtyor", "Milan"

3-cü səbət: "Feynord", "Sportinq", PSV, "Dinamo" (Zaqreb), "Zalsburq", "Lill", "Svena Zvezda", "Yanq Boys", "Seltik"

4-cü səbət: "Bratislava", "Monako", "Sparta" (Praqa), "Aston Villa", "Jirona", "Şturdqard", "Şturm Qraz", "Brest"

Bütün xəbərlər Facebook səhifəmizdə