Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Türkiyənin "Qalatasaray" klubu doğma meydanda İsveçrənin "Yanq Boyz" komandasını qəbul edəcək. İstanbul təmsilçisi ilə oyunda rəqibinə 2:3 hesabı ilə uduzub.
Günün digər matçlarında isə Praqa "Sparta"sı Çexiyada İsveç "Malmö"sünü, "Zaltsburq" Avstriyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək. Hər iki meydan sahibi ilk qarşılaşmada 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, pley-off mərhələsinin digər 4 oyunu avqustun 28-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB