Ardıcıl ikinci dəfə Avropa çempionu olan Azərbaycan basketbol millisi Vətənə dönüb

Cəbəllütariqdə keçirilən 16 yaşadək qızlardan ibarət Avropa çempionatının C divizionunun qalibi olan Azərbaycan basketbol millisi Vətənə dönüb. SİA xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Milli komanda finalda Kipr seçməsini 69:52 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evrən Alkayanın rəhbərlik etdiyi komanda yarımfinalda Albaniyanı məğlub edib - 92:62.

Bütün xəbərlər Facebook səhifəmizdə