“Son oyunda mən sadəcə ölmüşdüm”

"Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 2024-cü il Avropa çempionatının qrup mərhələsində göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bu barədə İngiltərə millisinin mətbuat xidmətinə danışıb.

“Azarkeş dəstəyi bizə oyunların sonundan əlavə enerji verir. Son oyunda mən sadəcə ölmüşdüm. Lakin, azarkeşlərin mahnı oxuduğunu, tərənnüm etdiyini eşidirsən və oynamağa davam etmək üçün güc tapırsan. Oyunumuzun səviyyəsi çox da arzuolunan deyil, amma bu normaldır, futbolda belə olur. Düşünürəm ki, ən vacib şey İngiltərə formasını geyinəndə təslim olmamaq və meydanda azarkeşlərini təmsil etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB