BOK bu bannerdən reklam etmək üçün istifadə etməyi rədd edib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Oyunlar öncəsi idmançı Yelena İsinbayevanın üzərində Rusiya bayrağı olan plakatdan istifadə edilməsindən danışıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təşkilatın şərhini RİA Novosti təqdim edir.

BOK bu bannerdən Paris Oyunlarını reklam etmək üçün istifadə etməyi rədd edib. “Rusiya mediasında və Rusiyanın sosial media platformalarında təsvir olunan və yayılan afişa mövcud vəziyyətdən xeyli əvvəl 2020-ci ildə başlanmış reklam kampaniyasına aiddir”, - deyə təşkilat bildirib.

Sözügedən afişada İsinbayeva 2008-ci il Pekin Olimpiadasında dayaqla tullanmada qalib gəldikdən sonra əlində Rusiya bayrağı tutaraq arxadan görünür. Daha əvvəl belə bir plakatın Parisdə göründüyü bildirilmişdi.

Xatırladaq ki, BOK ruslara və belaruslara 2024-cü il Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib. Eyni zamanda, Ukraynada xüsusi əməliyyata dəstək verən, həmçinin Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışa buraxılmayacaq. Bundan əlavə, komanda idman növlərinin nümayəndələri də turniri buraxacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə