"Real" Mbappenin transferini açıqladı

"Real" Mbappenin transferini açıqladı

"Real” fransalı hücumçu Kilian Mbappe ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat verib.

Bildirilir ki, Mbappe "Real"la 2029-cu ilə qədər müqavilə bağlayıb.

Futbolçu daha əvvəl sosial şəbəkələrdə 2023/2024 mövsümünün sonunda PSJ-ni tərk edəcəyini açıqlamışdı.

Xatırladaq ki, 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan PSJ-yə keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə