Dünya çempionu “İnter Mayami” ilə anlaşdı

Dünya çempionu “İnter Mayami” ilə anlaşdı

Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria “İnter Mayami”yə keçməyə yaxındır. SİA xəbər verir ki, 36 yaşlı vinger “Benfika” ilə müqaviləsi başa çatdıqdan sonra iyunun sonunda azad agent olacaq. ESPN-in məlumatına görə, 36 yaşlı argentinalı artıq “İnter Mayami” ilə anlaşıb.

Bununla belə, Di Marianın yeni komandasına nə vaxt qoşulacağı hələ dəqiq deyil. Bu, yayda və ya MLS-in yeni mövsümünün startından əvvəl – 2025-cil ilin yanvarında da ola bilər.

Xatırladaq ki, təcrübəli futbolçunun Argentina millisindəki komanda yoldaşı Lionel Messi Florida təmsilçisinin kapitanıdır. Onlar birlikdə DÇ-2022-nin qalibi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə