"Barselona"nın keçmiş baş məşqçisi Xavi istefaya görə Kataloniya klubuna olan 12 milyon avro borcunu bağışlamağa hazırdır.
SİA bu barədə “As”-a istinad edir.
Mənbənin sözlərinə görə, 44 yaşlı mütəxəssislə müqaviləyə xitam verilməsi proseduru bu gün baş tutacaq. Kataloniya klubunun rəhbərliyi onun məşqçilər korpusunun 8 üzvünün hamısına qovulmasına görə kompensasiyanı tam ödəyərsə, Xavi cəzadan imtina etməyə hazırdır. Kompensasiyanın ümumi məbləği üç milyon avronu keçmir.
Xavi 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 141 oyun keçirib, 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib. 2022/23 mövsümündə Xavi kataloniyalılarla La Liqa və İspaniya Superkubokunun qalibi olub. Onun işdən çıxarılması cümə günü, mayın 24-də məlum olub.
Daha əvvəl "Barselona"nın yeni baş məşqçisinin "Bavariya"nın və Almaniya millisinin sabiq çalışdırıcısı Hans-Diter Flik olacağı barədə məlumat yayılmışdı. Müqavilənin imzalanmasının çərşənbə günü, mayın 29-da baş tutması planlaşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB