"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

Basketbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

SİA xəbər verir ki, "Xəzri" və "Sabah" komandaları final seriyasının dördüncü oyununda üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 74:69.

Bununla da seriyada 3:1 hesabı ilə qalib gələn "Sabah" ardıcıl ikinci dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, üçüncü yerin sahibi isə "Xırdalan"ı məğlub edən "NTD-İndiqo" komandası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə