Avropa çempionatı: Qadın güləşçimiz gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 53 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada ukraynalı Liliya Malançukla üz-üzə gəlib.

Rəqibinə məğlub olan E. Məmmədova gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə