Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın aerobika gimnastları Yaponiyanın Yokohama şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, məşqçi Mariyan Kolevin rəhbərliyi ilə Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda Lalə Hüseynova hakim kimi ölkəmizi təmsil edəcək.

Dünya Kuboku mayın 25-26-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə