"Azərbaycan xalqına təşəkkür edirəm"

"Çıxışımdan çox razı qaldım".

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutan Daria Varfolomeyev deyib.

Almaniyanı təmsil edən idmançı birinci yeri tutduğu üçün xoşbəxt olduğunu bildirib: "Çıxışımdan çox razı qaldım. Hər şey istədiyim kimi oldu. Almaniyaya qızıl medalla qayıdıram. Bundan daha yaxşısı ola bilməzdi. İnanıram ki, gələcəkdə bu cür nəticələrimi təkrarlayacağam".

Lentlə hərəkətlərdə birinci yerin sahibi olan gimnast təşkilatçılıqdan razı qaldığını söyləyib: "Hər şey möhtəşəm idi. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsi fantastik hisslər idi. Buna görə xalqınıza təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə