Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda reallaşan görüş "qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 19-cu dəqiqədə penaltidən qonaqların heyətində Emin Mahmudov açıb. 42-ci dəqiqədə Rəhim Sadıxov tablodakı rəqəmləri bərabərləşdirib. Fuad Bayramov 77-ci dəqiqədə komandasını önə keçirib. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Vladislav Kulaç müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə 47 xalla dördüncü yerə enib.

Günün ilk oyununda "Qarabağ" və "Qəbələ" qollu heç-heçə edib - 2:2.

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.

Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə