“Liverpul” hücumçusunun qiymətini müəyyənləşdirdi

“Liverpul” hücumçusunun qiymətini müəyyənləşdirdi

Luis Diaz yayda “Liverpul”u tərk edə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər hələlik müqaviləni 2027-ci ilə qədər uzatmaq barədə razılığa gələ bilməyiblər.

Rəhbərlik digər komandaların marağını nəzərə alaraq, yayda əməkdaşlığı davam etdirmək və ya yolları ayırmaq barədə qərar verməli olacaq. PSJ və “Barselona” vinger üçün təklif irəli sürüb. İngiltərə təmsilçisi ön xətt oyunçusunun satışından 75 milyon funt-sterlinq gəlir götürməyi hədəfləyir.

“Qırmızılar”ın Diazı satmaq barədə düşünməsinin səbəblərindən biri də klubun maliyyə feyr-pley qaydalarına riayət etməməsidi.

Qeyd edək ki, Luis Diaz cari mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə