Beynəlxalq Boks Assosiasiyası (IBA) Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyasından (ASOIF) xaric edilib. SİA xəbər verir ki, müvafiq qərar bu gün ASOIF-in Baş Assambleyasında qəbul edilib.
IBA-nın olimpiya hərəkatından çıxarılması əsas səbəb kimi göstərilib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) ötən ilin yayında IBA-nı tanımadığını açıqlayıb. Qərar İdman Arbitraj Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Buna Beynəlxalq Boks Assosiasiyasının son beş ildə maliyyə və idarəetmə problemlərini həll edə bilməməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB