"Neftçi"nin Moskva "Spartak"ı ilə yoldaşlıq matçının biletləri satışa çıxarılıb

"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb. SİA klubun mətbuat xidmətinə istinadən məlumatına görə, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.

Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.

Qeyd edək "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə