"Bütün Azərbaycanın diqqəti bugünkü oyunda olacaq" - AFFA RƏSMİSİ DANIŞDI
"Avropa Liqasının son püşkatmasında iştirak edən iki ən güclü Avropa komandalarından biri Liverpul, digəri isə "Bayer Leverkusen" idi. Hər kəs arzulayırdı ki, bu komandalar bizə rəqib düşməsin. Amma tale elə gətirdi ki, "Qarabağ" ikinci dəfə "Bayer04"lə üz-üzə gələcək. Nəzərə alsaq ki, ilk məğlubiyyətdən sonra "Qarabağ" Bakıda tam fərqli oyun sərgiləməklə sona qədər başabaş mübarizə aparmaq imkanı əldə etmişdi. Nəyə görə bu müsbət dinamikanı izləyib üçüncü oyunda da "Qarabağ"ın yüksək performansının şahidi olmayaq?! Nə vaxtsa "Bayer Leverkusen" də məğlubiyyətin dadına baxmalıdır". Bu sözləri SİA-ya açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.
V.Sadıqov bildirib ki, rəqib komanda elə Bakıda bizim çempionumuz "Qarabağ" tərəfindən də ilk dəfə məğlubiyyətə uğradıla bilər: "Baxmayaraq ki rəqib çox güclüdür, amma bizim ümidimiz böyükdür. Nəticədən asılı olmayaraq bütün Azərbaycanın diqqəti bugünkü oyunda olacaq. Hər zaman Qurban Qurbanovun bir sözünü xatırlayıram: "Məkandan, zamandan və rəqibdən asılı olmayaraq hər bir oyunda sona qədər mübarizə aparan komandanın şahidi olacağıq".
""Köhlən atlar" bu oyunlarda daha da böyüyür. Gələcəkdə bundan güclü, inamlı, qarşısına ardıcıl məqsədlər qoyan bir "Qarabağ" görəcəyik. Necə deyirlər əvvəlcə vacib olanından başla, sonra mümkün olanı et. Bir də görəcəksən ki, qeyri-mümkün olanı edirsən. Uğurlar "Qarabağ!",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB