"Sumqayıt" Türkmənistan klubuna uduzdu

Bu gün “Sumqayıt” ölkəmizdə təlim-məşq toplanışı keçirən Türkmənistanın “Nebitçi” kollektivi ilə qarşılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada "Sumqayıt" 2:4 hesabı ilə məğlub olub. Azərbaycan klubunun qollarını Qabil Əlizadə və Əjdər Hacılı rəqib qapısından keçirib.

Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasında 36 xalla 2-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə