Çempionlar Liqası: “Bavariya” məğlub olub, PSJ isə qalib gəlib

Çempionlar Liqası: “Bavariya” məğlub olub, PSJ isə qalib gəlib

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İtaliya təmsilçisi “Latsio” Almaniyanın “Bavariya” klubu ilə qarşılaşıb.

SIA xəbər verir ki, İtaliyada reallaşan görüşdə “Latsio” 1:0 hesabı ilə rəqibinə qalib gəlib.

Oyunda yeganə qolu 69-cu dəqiqədə Çiro İmmobile penaltidən vurub.

Günün digər oyununda Fransanın PSJ klubu İspaniyanın “Real Sosyedad”ına 2:0 hesabı ilə qalib gəlib. Görüş Parisin "Park des Princes" stadionunda baş tutub. Qolları Kilian Mbappe (58-ci dəqiqə) və Bredli Barkola (71-ci dəqiqə) vurub.

Cavab qarşılaşmaları martın 5-də müvafiq olaraq Münxen və San-Sebastyan şəhərlərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə