"Neftçi"nin qarşılaşacağı komandalardan biri dəqiqləşib

"Neftçi"nin qarşılaşacağı komandalardan biri dəqiqləşib

Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib. SİA xəbər verir ki, "ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə