“Səbail” autsayderlə, “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq

“Səbail” autsayderlə, “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti matçları keçiriləcək. SİA xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması “ASCO Arena”da “Səbail” və “Qəbələ” komandaları arasında olacaq. Bu mövsüm yaxşı oyun sərgiləyən “dənizçilər” 23 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. On xalı olan “qırmızı-qaralar” isə autsayderdir.

Digər matçda isə “Araz-Naxçıvan” “Dalğa Arena”da “Sabah”ı qəbul edəcək. Hazırda muxtar respublika təmsilçisi 23 xalla altıncı, bakılılar isə 22 xalla yeddincidir.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib. Dekabrın 16-da “Turan Tovuz” və “Zirə”, dekabrın 18-də isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Azərbaycan Premyer Liqası

XVII tur

15 dekabr (cümə)

13:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Dalğa Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə