"Qarabağ” - “Qəbələ” oyununun biletləri satışa çıxarılıb

"Qarabağ” - “Qəbələ” oyununun biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək "Qarabağ” - "Qəbələ” qarşılaşmasının biletləri Iticket.az saytında satışa çıxarılıb. SİA xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər Iticket.az saytında onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq. Qarşılaşmaya sabah saat 19:30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə