"Bugünkü oyun hər zaman yaddaşımda qalacaq" - Emin Mahmudov

"Bugünkü oyun hər zaman yaddaşımda qalacaq" - Emin Mahmudov

"Axır ki, azarkeşlərimizi sevindirdik. Çünki onlar uzun zamandır ki, bizdən belə möhtəşəm qələbə gözləyirdilər. Şükür ki, bugünkü nəticə yaxşı oldu". SİA xəbər verir ki, bu sözləri Azərbaycan millisinin oyunçusu Emin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Millinin 8 nömrəli oyunçusu bildirib ki, qələbədə əsas faktor kontrol idi: "Qolun yarısı elə kontrol deməkdir. Mənim sonuncu vurduğum qol bunun bariz nümunəsi idi. Bu oyun hər zaman yaddaşımda qalacaq".

E.Mahmudov qarşıda duran Belçika millisi ilə oyun haqqında da düşüncələrini bölüşüb: "Təbii ki, Belçika millisi çox güclüdür. Rəqib komandada dünya səviyyəli futbolçular mübarizə aparır. Belə oyunlarda bizə şans da gərəklidir. Ümid edirik ki, Belçika yığmasına qarşı oyun da bugünkü kimi bizim xeyrimizə nəticələnər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə