Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, səfərdə Farer adaları yığması ilə qarşılaşan seçməmiz 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.
Millimiz Millətlər Liqasında növbəti oyununu oktyabrın 31-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB