İPL-nin oyunları 1 dəqiqəlik sükutla başlayacaq

İPL-nin oyunları 1 dəqiqəlik sükutla başlayacaq

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları İsrail və Fələstində hərbi əməliyyatlar zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İngiltərədə növbəti - 9-cu turun oyunları oktyabrın 21-dən 23-dək keçiriləcək.

Futbolçular və komanda məşqçiləri, eləcə də rəsmi şəxslər matçlara qara sarğılarla gedəcəklər. Həmçinin Premyer Liqa özü silahlı münaqişə qurbanlarının ehtiyacları üçün Qırmızı Xaç Komitəsinə ianə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə