Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb

Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov Dünya Kubokunda finala yüksəlib. Federasiyadan SİA-ya verilən məlumata görə, 28 yaşlı idmançı fərdi proqramda həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, yarış Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə