"Əmin olun ki, "Qarabağ" komandasını bütün dünya tanıyır" - Tahir Gözəl
"Bu tarixi bir qələbədir". SİA xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Bakıda Sloveniyanının “Olimpiya” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra jurnalistlərə açıqlamasında danışarkən deyib.
Klubun prezidenti Qarabağ” komandası sıfırdan öz üzərində çalışaraq daima mübarizə apardığını vurğulayıb: “Mən bugünkü gündə öz meydanımızda bu sevinci yaşadığım üçün qürur hissi keçirirəm. Əmin olun ki, Azərbaycan və “Qarabağ” komandası bütün dünyada tanınır. Bütün komandamı təbrik edirəm. “Olimpiya” komandası heç də zəif deyildi. Çox ağır oyun oldu. Lakin biz bunu bacardıq, Qurban Qurbanov öz məharətini bir daha hər kəsə göstərdi”.
Tahir Gözəl həmçinin “Qarabağ” komandasının transfer prosesləri ilə bağlı məlumat verib: "Transfer məsələlərini Qurban Qurbanov həyata keçirdir. Bunun üçün bizim müəyyən büdcəmiz var. Hazırda maddi baxımdan bir sıxıntımız yoxdur. Təbii ki, komandamıza gələn hər kəs artıq bizim oyunçumuz sayılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB