Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə oyun ərəfəsində qitənin futbol qurumu tərəfindən cəzalandırılıb. SİA xarici KİV-ə istinadla bildirir ki, klub 40 min avro cərimə edilib.
Buna turnirin ikinci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə cavab matçında “Beşiktaş” azarkeşlərinin intizamsız davranışları səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB