Xavi Neymarı “Barselona”da görmək istəmir

Xavi Neymarı “Barselona”da görmək istəmir

PSJ-nin hücumçusu Neymarın Kataloniya "Barselona"sına transferi uğursuzluğa düçar ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mundo Deportivo-nun jurnalistləri xəbər verir.

Mənbəyə məlum olduğu kimi, sövdələşmənin rəqibi “mavi qranat”ın baş məşqçisi Xavi Ernandesdir. Mütəxəssis hesab edir ki, ulduz braziliyalının qayıtması komandanın soyunub-geyinmə otağındakı xoş ab-havanı poza bilər.

Xatırladaq ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan PSJ-yə keçmişdi. Braziliyalının fransız nəhəngi ilə əmək müqaviləsi 2025-ci ildə başa çatır.

Xatırladaq ki, Fransa çempionatının son mövsümündə hücumçu 20 oyun keçirib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə