18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ilk oyununda qələbə qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, komanda Bakıda Cəbəllüttariq seçməsini 75:58 hesabı ilə məğlub edib.
Yığmanın növbəti rəqibi Andorra olacaq. Avqustun 5-də keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB