"Əlimizə düşən fürsətlərdən yaxşı istifadə edə bilmədik" - Qurban Qurbanov
"Əfsuslar olsun ki, məğlub olduq. Amma məncə çox maraqlı oyun oldu. Meydanda demək olar ki, hər şey var idi. İki komanda da bir-birini çox yaxşı analiz etmişdi. Xeyli sayda qol epizodlarımız oldu. Lakin rəqib komanda qalib oldu. Futbolçularımız çox əziyyət çəkdi. Nəticədən məyus olduq. Bundan əlavə mən azarleşlərə təşəkkür edirəm. Oyunun sonuna kimi bizi dəstəklədilər". SİA xəbər verir ki, bu sözləri Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçirilən cavab oyunundan sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Bizim qol eforlarımız daha çox oldu, nəinki rəqibin. Sadəcə biz fürsətlərdən kifayət qədər yaxşı istifadə edə bilmədik. Biz hər iki oyunda da ürəkli idik və rəqibin üzərinə getdik. Lakin nəticə istədiyimiz kimi olmadı"-, deyə o əlavə edib.
Kluba ayrılan maliyyə yardımı ilə bağlı danışan baş məşqçi bildirib ki, "Qarabağ" rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edir: "Klub üçün ayrılan vəsait futbolçuların və futbolun inkişafına xərclənir. Biz kiçik büdcə ilə böyük işlər görməyə çalışırıq. Məncə, bu, heç də pis alınmır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB