Çexlər rusiyalı tennisçini ölkədə keçirilən turnirə buraxmayıblar

Çexlər rusiyalı tennisçini ölkədə keçirilən turnirə buraxmayıblar

Qadınların Tennis Assosiasiyasının (WTA) Praqada keçirilən turnirində iştirak etmək üçün Çexiyanın ölkəyə buraxmadığı tennisçinin adı məlum olub. Bu Anastasiya Pavlyuçenkovadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə İnstaqramda yazıb.

“Artıq başa düşdüyünüz kimi, mən gələn həftə Praqada çıxış edə bilməyəcəm. İndi bir sıra Amerika turnirlərinə hazırlaşmağa davam edirəm. ABŞ Açıq çempionatında görüşənədək”.

Rusiyalı idmançı yazıb bunu.

Rusiyalı tennisçinin Praqadakı yarışa çıxa bilməməsi barədə cümə günü Çexiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Doğrudur, orada idmançının adı açıqlanmamışdı. Qeyd edək ki, media iştirak üçün ərizələrin rusiyalı Yevgeniya Rodina və belaruslu Aleksandr Sosnoviç tərəfindən təqdim edildiyini yazıb.

Xatırladaq ki, bir ay əvvəl Çexiya Rusiya idmançılarının ölkədəki yarışlarda iştirakına qadağa qoyub.

Qeyd edək ki, ötən həftə rusiyalı tennisçi Vera Zvonareva da Varşavada keçirilən WTA turnirindən kənarlaşdırılıb. Onu da qeyd edək ki, rus qadın yarışlara Fransanın verdiyi viza ilə daxil olmağa çalışıb. Lakin Polşa hakimiyyəti Zvonarevanın ölkədə olmasını arzuolunmaz adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə