Mbappe “Əl-Hilal”ın 300 milyonluq təklifini rədd etdi

Mbappe “Əl-Hilal”ın 300 milyonluq təklifini rədd etdi

Kilian Mbappe Səudiyyə Ərəbistanına getməyəcək. SİA xəbər verir ki, 24 yaşlı hücumçunun transferi üçün “Əl-Hilal” PSJ-yə 300 milyon avro təklif edib. Klub nümayəndələri futbolçu ilə razılaşmanı müzakirə etmək üçün Parisə gəliblər.

Bildirilir ki, Mbappe səudiyyəlilərlə görüşməyib. Onun nümayəndəsi danışıqlardan imtina edib.

Qeyd olunur ki, Kilian heç vaxt Səudiyyə Ərəbistanı çempionatına keçmək variantını düşünməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə