“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. SİA kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib. İyirmi doqquz yaşlı fransalı hücumçu ilə iki illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib.

Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə